Gələcək maşınlar zibildən hazırlanacaq

Avtoxəbər 25 Aprel 2017 20:00 Oxunub 1392
Gələcək maşınlar zibildən hazırlanacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bundan başqa bambuk ağacı həm istiliyə, həm də rütubətə dözümlüdür

Nüfuzlu avtomobil şirkəti olan Ford yaxın gələcəkdə bambuk ağacından istifadə etməyə başlayacaq. Avtosfer.az xəbər verir ki, bambuk ağacı bəzi metal növlərindən möhkəm olduğu üçün avtomobilin müəyyən hissələrini daha dayanaqlı edəcək. Bambukdan istifadəyə keçdikdən sonra avtomobilin plastik hissələrinə ehtiyac qalmayacaq. Bu, həm şirkət, həm də alıcılar üçün sərfəli olacaq. Bundan başqa bambuk ağacı həm istiliyə, həm də rütubətə dözümlüdür. Ford digər təbii materiallar kimi tropik ağaclardan da istifadə etməyi planlaşdırır. Həmçinin istifadə olunmuş plastik butılkalar da yenidən sənayedən keçərək bu maşının hazırlanmasına xidmət edəcək. Bunun üçün Ford artıq 5 milyon işlənmiş butılka alıb. Atılmış cins şalvarlar, maykalar, xalça qırıqları isə doğranaraq avtomobilin yumşaq oturacaqlarında istifadə olunacaq.( publika.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh