"Mercedes-Benz"-dən kompakt sedan - FOTO

Avtodünya 25 Aprel 2017 21:30 Oxunub 2013
"Mercedes-Benz"-dən kompakt sedan - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
A45-in kapotu altında 2,0-litrlik benzin mühərrik dayanır

Mercedes-Benz Şanxay avtosalonuna yeni kompakt model gətirib. Prototip Concept A adlanır və yeni nəsil A-Class-dan xəbər verir. Bu barədə şirkətin mətbuat xidməti məlumat verib. Avtomobil seriyalı olduqdan sonra dünya bazarında Audi A3 ilə rəqabət aparacaq. Sedan A-Class-ın seriyalı versiyası 2018-ci ilin sonlarında buraxılacaq. Sedanın mühərrik qammasına 4-silindrli benzin və dizel turbo mühərrikləri daxildir. Müştərilərə, həmçinin hibrid modifikasiyalı A-Class təklif ediləcək. Avtomobil bir qədər sonra AMG versiyası alacaq. O, 2019-cu ildə təqdim ediləcək. Yeniliyin əsas rəqibləri Audi RS3 və BMW M2 olacaq. A45 ölçülərinə görə indiki nəsil model üstələyəcək. Avtomobilin çəkisini yüngülləşdirmək üçün bir çox detallar alüminiumdan hazırlanıb. A45-in kapotu altında 2,0-litrlik benzin mühərrik dayanır. O, 400 a.g.-ə malikdir. Aqreqat 9-pilləli avtomat sürət qutusu ilə birgə çalışır. Qeyri-rəsmi məlumata görə, yenilik 100 km/saata 4 saniyədən də tez sürətlənir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh