Avropadan təyyarə ilə bu cihazları gətirmək qadağan oluna bilər

Gündəm 25 Aprel 2017 16:33 Oxunub 1063
Avropadan təyyarə ilə bu cihazları gətirmək qadağan oluna bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür tədbirlərin səbəbi açıqlanmır

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkəyə Avropadan gələn təyyarələrdə noutbuk və digər böyük elektronika cihazları daşınmasını qadağan etməyi nəzərdən keçirir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu cür tədbirlərin səbəbi açıqlanmır. Eyni zamanda, qadağanın necə tətbiq olunacağı, elektonika cihazlarının göyərtədə yox, baqajda olmasına icazə verilib-verilməyəcəyi barədə məlumat yoxdur. Qeyd edək ki, bu ilin mart ayında ABŞ hökumətinin bir sıra ölkələrdən olan sərnişinlər üçün əl yükündə mobil telefonların ölçüsündən böyük olan elektron cihazlar keçirməsini qadağan etdiyi məlum olub. Belə ölkələrə əsasən, Türkiyə, Misir, İordaniya, BƏƏ, Şimali Afrika və Yaxın Şərqin digər ölkələri aiddir. Vaşinqton belə addımları laynerlərin göyərtəsində terror təhlükəsinin artması səbəbindın atıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh