Bakıda avtomobil yarışının qalibləri məlum oldu

Avtodünya 2 Noyabr 2014 22:00 Oxunub 2132
Bakıda avtomobil yarışının qalibləri məlum oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yer üçün 100 min avro, ikinci yer - 50 min avro, üçüncü - 25 min avro təşkil edir

Bakıda Blancpain Sprint Series seriyasının final mərhələsi olan "Baku World Challenge-2014" üçüncü beynəlxalq yarışın qalibləri müəyyənləşib. Yarışda peşəkarlar arasında birinci yeri Belgian Audi Club Team WRT (pilotlar Cezar Ramos və Lourent Vantur) komandası, ikinci - Böyük Britaniyadan Beechdean AMR (Conni Adam və Endi Soucek), üçüncü yeri isə Almaniyadan Phoenix Racing (pilotlar Niki Mayer və Markus Vinkelxoq) tutublar.

Qalib komandalar üçün baş mükafat fondu birinci yer üçün 100 min avro, ikinci yer - 50 min avro, üçüncü - 25 min avro təşkil edir.

Yarışda Beynəlxalq Avtomobil İdmanı Federasiyasını təmsil edən 59 nəfər, 17 komandada 30 ali dərəcəli avtomobillə iştirak ediblər: BMW Z4, Audi R8LMS Ultra, Mercedes SLS AMG GT3, McLaren MP4-12C, Lamborghini LFII, Porsche 997 GT3, Aston Martin Vantage GT3 və Corvette Z06 G.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh