“Təcili tibbi yardım”ın əməkdaşlarını döyən şəxslərdən polisə şikayət edilib

Gündəm 25 Aprel 2017 17:31 Oxunub 1040
“Təcili tibbi yardım”ın əməkdaşlarını döyən şəxslərdən polisə şikayət edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki nəfər xəsarət alıb, tibb bacısı hipertonik kriz keçirib

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının rəhbərliyi bu qurumun əməkdaşlarını döyən şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Avtosfer.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hadisə zamanı “Təcili tibbi yardım”ın həkimi ciddi xəsarət alıb və hazırda xəstəxana şəraitində müalicə alır. Eyni zamanda, tibb bacısı hipertonik kriz keçirib, sürücü isə yüngül xəsarətlər alıb. Qeyd edək ki, hadisə Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb. Belə ki, "103" çağrı mərkəzinə edilən zəng əsasında Binəqədi rayon 17 saylı köməkçi yardım stansiyasına məxsus "təcili yardım" avtomobili Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən Sulutəpəyə yollanıb. Mənzil başına çatan stansiya əməkdaşları xəstənin yaxınları tərəfindən qarşılanıb. Ardınca onlar vurulan iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də sürücünü döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü sürücü Hacıyev Rizvan Rüfət oğlunu və 1972-ci il təvəllüdlü tibb bacısı Həsənova Ləman Elman qızı hadisə yerinə çağırılan digər "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh