Polis intihar edən gənci belə xilas edib - VİDEO

Yol polisi 26 Aprel 2017 01:28 Oxunub 5190
Polis intihar edən gənci belə xilas edib - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ələsgər Hüseynov intiharı barədə sosial şəbəkədə foto paylaşan şəxsi ölümdən qurtarıb

Sosial şəbəkədə intahar etdiyini yazan Şaiq İsgəndərovu xilas edən polis zabiti Ələsgər Hüseynov hadisənin detallarını danışıb. Bir neçə gün əvvəl paytaxtın Sabunçu qəsəbə sakini 38 yaşlı Şaiq İsgəndərov sosial şəbəkədə status yazandan sonra özünə kəsici alətlə xəsarət yetirməyə başlayıb. Bu zaman onu sosial şəbəkədə izləyənlərdən biri "102" xidmətinə zəng edib. Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə ötürürən məlumat dərhal araşdırılıb. Bölmə əməkdaşları yollanıblar deyilən ünvana. Ətrafda qırmızı qapılı mənzil olmadığından məlum olub ki, Şaiq İsgəndərov yaşadığı evin ünvanını bilərəkdən səhv deyib. Hadisənin baş verdiyi evi ilk olaraq tapan şəxs isə elə onunla telefon əlaqəsi quran polis baş leytenantı Ələsgər Hüseynov olub.

Şaiqlə eyni mənzildə yaşayan qardaşı Vüqar İsgəndərov da onun qonşu otaqda canına qəsd etdiyindən xəbərsiz olub.

Şaiq İsgəndərov, yalnış qərar verdiyini və sağ qaldığı üçün polis əməkdaşlarına minnətdarlığını bildirib.

Şaiq, Qarabağ müharibəsində şəhid olan qardaşının yoxluğuna dayana bilmədiyi üçün intahara cəhd etdiyini deyib.Xəbər verdiyimiz kimi,  Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin təhqiqatçısı polis baş leytenantı Ələsgər Hüseynov intiharı barədə sosial şəbəkədə foto paylaşan Şaiq İsgəndərovun həyatını xilas edib.

Avtosfer.az hər iki şəxsin açıqlamasını təqdim edir:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh