Bəzi toylara 20-dən çox bahalı “CİP” sifariş verirlər - VİDEO

Avtosfer TV 26 Aprel 2017 01:45 Oxunub 5725
Bəzi toylara 20-dən çox bahalı “CİP” sifariş verirlər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bahalı avtomobillərin toy üçün icarə xidməti deyə sektor yaranib

İnsanların toylarda dəbdəbə və göstəriş istəyi sərhəd tanımır. Son zamanlar toylarda bahalı maşınlardan ibarət avtomobil korteclərinə maraq artıb. Göstəriş və dəbdəbə arzulayanlar bəy gəlin maşınını belə bahalı avtomobillərin təqib etməsini istəyirlər. Bu istək isə yeni sektorun yaranmasına səbəb olub. Yəni toy üçün bahalı avtomobil korteci kirayəsi. Hətta bir toya 20-dən çox bahalı maşın sifariş edənlər var. Kortec maşınları toy boyunca bəy və gəlini müşayiət edir. İstəyə uyğun olaraq sürücü toy sahibindən və ya icarəyə verən şirkətdən ola bilər. Üstünlük daha çox qızılı və ağ rəngdə olan "Cip”lərədi. Qiymətlər maşının modelinə, rənginə və sayına görə dəyişir.

İcarədarlar sifarişin əsasən Bakı toyları üçün olduğunu deyirlər. Amma bölgələrdən də müraciət eliyənlər az deyil, burda isə məsafədən asılı olaraq qiymət dəyişir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh