21 ay kredit ödədi, bank maşını vətəndaşın əlindən aldı - VİDEO

Xəbərlər 26 Aprel 2017 01:52 Oxunub 4124
21 ay kredit ödədi, bank maşını vətəndaşın əlindən aldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gecikmələrə görə yaranmış 2 min manatı ödədikdən sonra maşın ona qaytarılacaq

Ucar sakini Asif Hüseynzadə 2014-cü ildə paytaxtın Suraxanı rayonunda yaşayan Orxan Hüseynovdan minik avtomobili alıb. İlkin olaraq 3 min manat alan Orxan Hüseynov bildirib ki, maşının 17 ay kredit borcu var. Asif Hüseynzadə bu pulu ödəməyə razı olub və ödəniş bitdikdə məlum olub ki, avtomobilin 17 yox, 21 ay kredit borcu var imiş. Lakin bu pulu da gecikmə olmadan ödəyib. Ödəniş bitdikdən sonra bankla əlaqə saxlayıb və ona maşının axtarışda olduğunu deyiblər. Lakin bir müddət sonra Orxan Hüseynov yoxa çıxıb. 2016-cı ilin mart ayında avtomobil bankın əməkdaşları tərəfindən Asif Hüseynzadədən alınıb və bildirilib ki, gecikmələrə görə yaranmış 2 min manatı ödədikdən sonra maşın ona qaytarılacaq. Asif də banka ödədiyi pulun qaytarılması barədə məhkəmədə iddia qaldırıb. Məhkəmə iddianı təmin edib. Lakin qarşı tərəf borcu qaytarmır.

Ekspert Anar Ramazanov deyir ki, etibarnamə ilə avtomobil almaq məsləhət deyil. Bankın razılığı əsasında rəsmi şəkildə alqı-satqı da etmək mümkündür. Etibarnamə ilə aldıqda belə kredit borcunun vəziyyəti barədə bankdan yazılı arayış alınmalı idi.

Məhkəmə qərarının icra edilməməsinə gəldikdə isə, hüquqşünas deyir ki, Asif Hüseynzadə işi yubadan icra məmurundan onun tabe olduğu yuxarı instansiyalara şikayət edə və məhkəmədə iddia qaldıra bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh