Yolu keçmək istəyən piyadanı maşın vurdu - Bakıda

Qəzalar 26 Aprel 2017 11:15 Oxunub 757
Yolu keçmək istəyən piyadanı maşın vurdu - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralını sürücü özü xəstəxanaya aparıb

Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə Binə qəsəbəsi, "Südçülük savxozu" adlanan ərazidə qeydə alınıb. 1984-cü il təvəllüdlü Əhmədov İsrail Əhmədliyə oğlu yolu keçmək istəyərkən "Jiquli" markalı avtomobil tərəfindən vurulub. Hadisəni törədən sürücü yaralını xəstəxanaya yerləşdirib. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Xəzər rayon şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh