Avtomobil 4 piyadanı vurdu: ölən və yaralanan var - Bakıda

Qəzalar 26 Aprel 2017 11:26 Oxunub 830
Avtomobil 4 piyadanı vurdu: ölən və yaralanan var - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nizami RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır

Bakıda avtomobil 4 piyadanı vurub. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, aprelin 25-də saat 8 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi “BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinləri Rafiq Rzayevi, Dəyanət Ağazadəni, qardaşı İlhamı və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılovanı vurub. Piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb. Nizami RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh