Sərnişin təyyarəsində dava düşdü: "En aşağı"

Gündəm 26 Aprel 2017 11:45 Oxunub 1018
Sərnişin təyyarəsində dava düşdü: "En aşağı"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ancaq barəsində heç bir şikayət olmadığı üçün sərbəst buraxılıb

Türkiyənin "Onur Air" şirkətinə məxsus təyyarənin İstanbul-Elazığ səfəri zamanı içkili bir kişi digər sərnişinlərlə dava edib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, ötən axşam saat 21.15 radələrində havaya qalxan "Airbus 320" tipli təyyarəsində başlayan dava enişə qədər davam edib. Dava edən sərnişinlərdən biri digərinə söyüşlə "En aşağı" deyə qışqırıb. Bəzi sərnişinlərin isə dava zamanı sinirlərinə hakim ola bilmədiyi və ağladıqları deyilir. Sərnişinlərin iddiasına görə, dava təyyarə eniş etdikdən sonra da davam edib və bəzi sərnişinlər eniş zamanı kəmər taxmayıblar. Saat 23.30-da eniş edən təyyarəyə kapitan pilotun tələbi ilə polis gəldiyi, xarici ölkədə yaşadığı bildirilən içkili sərnişinin təyyarədən endirildiyi qeyd edilir. Ancaq barəsində heç bir şikayət olmadığı üçün sərbəst buraxılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh