20 yaşlı qız özünü körpüdən atdı - VİDEO

Gündəm 26 Aprel 2017 11:48 Oxunub 1078
20 yaşlı qız özünü körpüdən atdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər qızın niyə intihar etmək istədiyini araşdırırlar

Türkiyənin Sakarya rayonunun Arifiye mahalında dünən axşam 18.30 radələrində körpüyə çıxan 20 yaşlı Türkmənistan əsilli D.M. özünü öldürmək istəyib. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, gənc qadının körpüyə çıxdığını görən balıqçılar dərhal polisə və təcili tibbi yardım briqadasına xəbər veriblər. Hadisə yerinə gələn polis əməkdaşlarının bütün səylərinə baxmayaraq intihar fikrindən daşınmayan Derya M. özünü körpüdən çaya atıb. Hadisə yerinə gələn xilasetmə dəstələri qızı çaydan çıxara biliblər. O, dərhal təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Gənc qadının sağlamlıq vəziyyətinin yaxşı olduğu deyilir. Polislər qızın niyə intihar etmək istədiyini araşdırırlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh