İki avtomobil toqquşdu: 7 yaralı - Ağdaş-Qəbələ yolunda

Qəzalar 26 Aprel 2017 12:54 Oxunub 945
İki avtomobil toqquşdu: 7 yaralı - Ağdaş-Qəbələ yolunda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağdaş rayonunda 7 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın APA-ua istinadən xəbərinə görə, hadisə Ağdaş-Qəbələ yolunda, Dəhnə kəndi ərazisində qeydə alınıb. Beyləqan və Ağdaş sakinlərinə məxsus “VAZ 2107” və “VAZ 21099” markalı minik avtomobillərinin toqquşması nəticəsində Beyləqanın Kəbirli kənd sakinləri olan bir ailənin 3 üzvü - Məmmədov Əliqəmə Məhəmməd oğlu, 1965-ci il təvəllüdlü Məmmədov Şaiq Məhəmməd oğlu, 1984-cü il təvəllüdlü Məmmədov Mais Əliqəmə oğlu, 1985-ci il təvəllüdlü Zamanov Məhəbbət Nəriman oğlu, Bakının Suraxanı rayon sakini, 1964-cü il təvəllüdlü Nəbiyeva Sevinc Hümmət qızı, Ağdaşın Dəhnə kənd sakini 1989-cu il təvəllüdlü Dostiyev Emin Namizəd oğlu, Ağdaş şəhər sakini, 1954-cü il təvəllüdlü Hacıyev Firuz Seyid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh