Bakının mərkəzində dəyişiklik: Sürücülər cərimələnir – VİDEO

Avtoxəbər 26 Aprel 2017 14:03 Oxunub 7379
Bakının mərkəzində dəyişiklik: Sürücülər cərimələnir – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edirik

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. Avtosfer.az.az Baku.ws-ə istinadən xəbər verir ki, ötən gün paytaxtın Nəsimi rayonu Səməd Vurğun, Məhəmməd Füzuli və Şamil Əzizbəyli küçələrinin kəsişməsində (Heydər Əliyev Sarayının arxasında) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılıb. Analoji işlər Bakının Nəsimi rayonu Şamil Əzizbəyli, Məhəmməd Füzuli, Bülbül və Səməd Vurğun küçələrində də aparılıb. Yeni rəngləmədən sonra “Beşmərtəbə”dən Heydər Əliyev Sarayına gedən yolda, parkı keçdikdən sonra əslində sola dönməlisiniz. Ancaq çox sürücü yolun yeni rənglənməsindən xəbərdar olmadığı üçün düzünə hərəkət edir və YPX dərhal həmin sürücüləri saxlayaraq cərimələyir. Sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və yol nişanlarına, nişanlanma xətlərinə diqqət etmələrini xahiş edirik.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh