"Sürən oğlanın" növbəti "qəhrəmanlığı " - VİDEO

Avtoreyd 26 Aprel 2017 14:15 Oxunub 7670
"Sürən oğlanın" növbəti "qəhrəmanlığı " - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu dəfə yanında birini də ölümə aparır

Ötən gün “Heydər Əliyev” prospektində avtomobillərin arası ilə sağa-sola hərəkət edərək qəza şəraiti yaradan “sürən oğlan” barədə məlumat vermişdik. Bu dəfə isə sosial şəbəkələrdə yeni video yayılıb. Belə ki, sürücü Ziya Bünyadov prospektində hərəkət edir. Eyni qayda ilə avtomobillərin arasından keçən və olduqca yaxın məsafələrdən manevrlər edən sürücü özü ilə bərabər yanında əyləşmiş sərnişini də təhlükəyə atır. Görünür ki, hələlik yol polislərinin gözündən yayınan “sürən oğlan” sürücülük hüququnun  (əgər varsa) əlindən alınacağı və “15 surkalıqda” sayacağı günlərini düşünmür. Yaxud da Əzrailin çomağı ilə oynayıb nəticənin ən yaxşı halda xəstəxanada, yaxud da morqda olacağını heç fikirləşmir. Avtosfer.az həmin görüntüləri təqdim edir:

Orxan

Həmçinin bax: “Sürən oğlan” ölümə getdiyinin fərqində deyil - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh