Professor və deputatdan polisə - Təşəkkür məktubu

Yol polisi 26 Aprel 2017 14:46 Oxunub 2017
Professor və deputatdan polisə - Təşəkkür məktubu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kərim Kərimov və Rüfət Quliyev polisin dəstəyindən razılığını bildirib

AMEA-nın müxbir üzvü, professor Kərim Kərimov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu göndərib. Avtosfer.az xəbər verir ki, bu barədə məlumat DİN-in saytında yayılıb. Belə ki, Kərim Kərimov atası Zamanov Məmmədxan Kərim oğlunun keçdiyi xidmət yolu haqqında arxiv materiallarının araşdırılmasında, üzə çıxarılmasında həmkarlarımız tərəfindən göstərilən köməyə, yüksək diqqət və qayğı ilə qarşılanmasına, elm adamı kimi ona olan münasibətə və səmimiyyətə görə DİN-ə ünvanladığı təşəkkür məktubunda yaradılan şəraitdən, dövlət-vətəndaş münasibətindəki şəffaflıqdan razılığını ifadə edib.

Bundan başqa, Milli Məclisin deputatı, professor Rüfət Quliyev də DİN rəhbərliyinə təşəkkür məktubu göndərib. Məktubda deputat 73 saylı Lənkəran şəhər seçki dairəsinin seçicilərinin Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin rəhbərliyinin peşəkarlığından, şikayətçilərin problemlərinə obyektiv münasibətindən, onlarla mehriban ünsiyyətindən razılğını ifadə edib. O, vətəndaşların qəbulu zamanı qaldırılan hər bir məsələnin dərindən araşdırıldığını və obyektiv məntiqi nəticəsinin tapıldığını xüsusi vurğulayır. R.Quliyev özü də seçicilərinin fikri ilə həmrəy olduğunu, DİN rəhbərliyinin daim ədalətli qərar qəbul etdiyini, qanunun aliliyi prinsipini hər zaman uca tutduğunu və bu səbəbdən də xalqın etimadını və etibarını qazandığına görə Azərbaycan polisinin ictimaiyyət arasında böyük nüfuza malik olduğunu məktubunda səmimi hisslərlə qeyd edib.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh