Qəbiristanlıqda bıçaqlandı, yola çıxıb maşın tutdu - Yasamalda
Gündəm
26 Aprel 2017 14:55
Oxunub 1236
Faktla bağlı araşdırma aparılır
Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 1999-cü il təvəllüdlü Xaliqzadə Elvin Rasim oğlu Z.Kərimov küçəsində yerləşən qəbiristanlıq ərazisində naməlum şəxs tərəfindən bıçaqlanıb. Hadisədən sonra o özü yaralı vəziyyətdə yola çıxaraq avtomobillərə əl edib və kömək istəyib. E.Xaliqzadə maşınlardan biri vasitəsi ilə xəstəxanaya çatdırılıb. Həkimlər çoxlu qan itirən yaralının vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR