Uçan taksilər fəaliyyətə başlaya bilər - Azərbaycanda

Yeniliklər 26 Aprel 2017 19:30 Oxunub 1286
Uçan taksilər fəaliyyətə başlaya bilər - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Elektriklə işləyən və şaquli qalxış-eniş edən hava nəqliyyat vasitəsi" texnologiyası inkişaf etdirmək üçün tərəfdaş seçib

Şəxsi avtomobil sahiblərinin mobil tətbiqi vasitəsilə taksicilik etməsinə imkan təmin edən Uber uçan avtomobillərlə xidmət göstərəcək. Avtosfer.az "marja"ya istinadən xəbər verir ki, Uber  "Aurora Flight Sciences" adlı şirkəti, "Elektriklə işləyən və şaquli qalxış-eniş edən hava nəqliyyat vasitəsi" (VTOL) texnologiyası inkişaf etdirmək üçün tərəfdaş seçib. Sözügedən texnologiyanın ilk testinin, keçən həftə uğurlu şəkildə həyata keçirildiyi qeyd edilən açıqlamada, Uber-in 2020-ci ildən etibarən 50 ədəd uçan maşını təhvil alacağı bildirilib. Açıqlamada fikirlərinə yer verilən Uber-in Mühəndislik direktoru Mark Moore, VTOL texnologiyasının dünya üzrə şəhəriçi nəqliyyatı inkişaf etdirəcəyini vurğulayıb. Qeyd edək ki, Uber taksiləri Bakıda da fəaliyyət göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh