Avtomobil yandı - Bakıda

Qəzalar 26 Aprel 2017 15:47 Oxunub 1026
Avtomobil yandı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb

Bakıda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qarajda avtomobil yanıb. Avtosfer.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 18 m² olan qarajın içərisində "mitshubishi" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və qaraj yanğından mühafizə olunub. Yanğın saat 11:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh