Mikroavtobus partladıldı - 13 ölü

Gündəm 26 Aprel 2017 15:49 Oxunub 1091
Mikroavtobus partladıldı - 13 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlər arasında üç qadın və iki azyaşlı uşaq var

Pakistanda sərnişin mikroavtobusunun partladılması nəticəsində 13 nəfər ölüb. Avtosfer.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə ölkənin şimal-qərbindəki Kurram vilayətinin Qodar şəhərində baş verib. Ölənlər arasında üç qadın və iki azyaşlı uşaq var. Hadisə ilə bağlı məsuliyyəti İŞİD və “Taliban” qruplaşmaları öz üzərinə götürüb. Hadisənin baş verdiyi “qəbilələr zonası” Əfqanıstanla həmsərhəd bölgə yerləşir. Bura yaşayanların əksəriyyəti milliyyətcə puştulardır. Rəsmən mərkəzi hakimiyyətə tabe olan bölgə yarı-muxtar şəkildə yerli qəbilə başçıları tərəfindən idarə olunur. Son 25-30 il ərzində “qəbilələr zonası”nda “Taliban” qruplaşmasının nüfuzu artıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh