Nobel prospektində piyada keçidləri rənglənəcək - Bu axşam

Gündəm 26 Aprel 2017 16:27 Oxunub 993
Nobel prospektində piyada keçidləri rənglənəcək - Bu axşam
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq

Bu axşam saat 22:00-dan etibarən Bakı şəhəri Xətai rayonu, Nobel prospekti (Yusif Səfərov küçəsindən "Ağ şəhər"in qarşısınadək və geriyə ) və Nərimanov rayonu Həsən Əliyev küçəsində (Ceyhun Hacıbəyli küçəsindən Əliyar Əliyev küçəsinə kimi) üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.  “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Avtosfer.az-a verilən məlumata görə, bu tədbir Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində icra olunacaq. "Görülən işlər səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib.

 

Fərid 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh