Polşa səfiri dəmir yollarında aparılan islahatları yüksək qiymətləndirib

Gündəm 26 Aprel 2017 17:14 Oxunub 994
Polşa səfiri dəmir yollarında aparılan islahatları yüksək qiymətləndirib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Polşanın Azərbaycandakı səfiri Marek Tsalkanı, eləcə də səfirin müşaviri Andjey Yankovskini qəbul edib. Avtosfer.az xəbər verir ki, bu barədə Mərkəzdən verilən məlumata görə, görüşdə əsasən ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərindən, bir sıra sahələr üzrə əməkdaşlıqdan, Azərbaycan sənaye parklarında Polşa şirkətlərinin iştirak imkanları haqda danışılıb. Azərbaycan və Polşa arasında qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsinin aparıldığı görüşdə V.Qasımlı ölkəmizin iştirak etdiyi bir sıra beynəlxalq layihələr barədə səfirə məlumat verib. Habelə Strateji Yol Xəritəsi, "Azexport" portalı və portal üzərindən yeni yaradılan Rəqəmsal Ticarət Qovşağı haqda geniş danışıb. Öz növbəsində Polşa səfiri beynəlxalq və regional layihələrin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri, həmçinin dəmir yolunda həyata keçirilən islahatları yüksək qiymətləndirib. Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh