Taksilərdə vahid tarifə ehtiyac varmı?

Yazarlar 26 Aprel 2017 17:25 Oxunub 1475
Taksilərdə vahid tarifə ehtiyac varmı?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına səbəb olacaq"

Bakı Nəqliyyat Agentliyi paytaxtda fəaliyyət göstərən taksilərdə vahid tarifin tətbiq olunması ilə bağlı Nazirlər Kabinetinə təklif ünvanlayıb. Agentlik bunu sektorda rəqabəti gücləndirmək, müştərilərin hüquqlarını müdafiə etmək üçün edildiyini bildirib. Bəs vahid tarifə ehtiyac varmı? Avtosfer.az azvision.az-a istinadən xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov hesab edir ki, əslində, vahid tarifin tətbiq edilməsi bu sahədə rəqabəti gücləndirməyəcək, əksinə rəqabəti boğacaq: “Vahid tarif tətbiq ediləcəyi halda isə bu sektorda qazanılan rəqabət bir qərarla boğulacaq. Əgər vahid qiymət olacaqsa, o zaman həmin sektorda hansı rəqabətdən danışmaq olar? Taksi xidməti göstərən şirkətlər nədə rəqabət aparacaqlar? Liberal qiymət rəqabətin əsas özəyidr. Əslində, taksi xidməti son illər qiymət azalmasının müşahidə edildiyi azsaylı xidmət sektorlarındandır. Etiraf etmək lazımdır ki, bu sahədə lisenziyaların ləğvi daxil olmaqla son 2 ildə xeyili müsbət addımlar atılıb. Nəticədə, bu gün taksi xidməti ölkədə ən liberal və rəqabətin yüksək olduğu sahələrdən birinə çevrilib. Bu özünu son illər aşağı düşən qiymətlərdə də göstərir. Vahid tarif tətbiq ediləcəyi halda isə bu sektorda qazanılan rəqabət bir qərarla boğulacaq”.

V.Bayramov vurğulayıb ki, taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil: “Bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına səbəb olacaq. Bütün bunlar isə taksi şirkətlərinin bağlanmasına gətirib çıxardacaq. Əgər tarifin müəyyən edilməsi labüddürsə, bu zaman vahid tarifin yox, maksimum tarifin müəyyənləşdirilməsi lazımdır ki, taksi sürücüləri və şirkətləri maksimum olaraq hansı tariflə xidmət göstərdikləri barədə öz xidmətlərini təklif edə bilərlər. Bu zaman taksi xidməti ilə məşğul olan sürücü və şirkətlərə rəqabət imkanı verilmiş olar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh