"Ekologiya postu"nda qayda pozan sürücü dərhal cəzalandırıldı - VİDEO

Avtosfer TV 26 Aprel 2017 23:45 Oxunub 8109
"Ekologiya postu"nda qayda pozan sürücü dərhal cəzalandırıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Mersedes"in sürücüsü DYP postunun qarşısında manevr qaydasını pozub

Bakı-Sumqayıt yolunda tez-tez baş verən qəzalara hər birimiz şahid oluruq. Qəzaların demək olar ki, hamısı sürücü məsuliyyətsizliyi üzündən baş verir. Bəzən isə bir sürücü qəza şəraiti yaradır, qəza baş verir, o isə heç nə olmamış kimi sürüb gedir. Belələri əksərən sağ zolaqla hərəkət edib, qəfildən solda hərəkət edən maşınların yoluna çıxır, daha sonra isə xaotik hərəkətlə gah sağa, gah da sola çıxır. Bu manevrlərin heç birində isə dönmə işıqlarından istifadə etmir. Təqdim olunan bu videoda da 99 EV 349 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobil DYP postunun qarşısında sağ zolaqdan ötmə əməliyyatı edərək, soldakı avtomobilin qarşısına çıxır. Daha sonra isə yuxarıda qeyd etdiyimiz xaotik hərəkətə başlayır.

Avtosfer.az məsələ ilə bağlı kiçik araşdırma aparıb və məlum olub ki, qayda pozan avtomobilin sürücüsü bir neçə dəqiqə sonra "Ekologiya postu"nun əməkdaşları tərəfindən saxlanılaraq cərimə edilib. Abşeron rayon sakini Həsənov Cabbar Umudvar oğlunun manevr qaydalarını pozması halı postda xidmət aparan polis leytenanti Murad Mustafayev tərəfindən aşkar olunub. Bu səbəbdən də sürücü saxlanılaraq 40 manat cərimə edilib.

Avtosfer.az sürücüyə yazılan protokolun sürətini təqdim edir:

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh