Astarada maşın velosipedçini vurub öldürdü

Qəzalar 26 Aprel 2017 23:17 Oxunub 925
Astarada maşın velosipedçini vurub öldürdü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İki “07"nin toqquşması nəticəsində sürücülərdən biri velosipedçini vurub

Astarada ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Astara şəhərinin Azadlıq küçəsində qeydə alınıb. Belə ki, iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri idarəetməni itirərək yolun kənarı ilə velosipedlə hərəkət edən Astara sakini, 1979-cu il təvəllüdlü Nahid Şaban oğlu İsmayılovu vurub. Ağır kəllə-beyin travması alan N.İsmayılov hadisə yerində keçinib.

Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi açılıb araşdırma gedir.

 

APA

ŞƏRH YAZ
Ad

E-mail

Şərh