Bakının mərkəzində yeni salınan yol niyə əyridir? - VİDEO

Qaydalar 26 Aprel 2017 23:31 Oxunub 7351
Bakının mərkəzində yeni salınan yol niyə əyridir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Azdrama”nın yanındakı yol ordan keçən hər kəsin təəccübünə səbəb olub

Paytaxtın "Sovetski” adlanan ərazisində aparılan işlər çərçivəsində Füzuli küçəsinin davamının "Beşmərtəbə” dairəsinə birləşdirilməsi işləri yekunlaşsa da, "Azdrama”nın yanındakı yol ordan keçən hər kəsin təəccübünə səbəb olub. Yolun əyri olması sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Yolun hansı səbəbdən düz çəkilməməsi hamı üçün qaranlıq qalıb.

"Azəravtoyol” ASC-dən bildirirlər ki, həmin yolun layihə üzrə trayektoriyası elədir. O yol əslində əyri deyil, sadəcə maililik var. Həmin ərazidə qurulacaq landşaftda yaşıllıq zolaqları, süni təpəciklər, yəni xüsusi landşaft yaradılıcaq. Ona uyğun olaraq da yol həmin şəkildə layihələndirilib.

"Azəravtoyol” sözçüsü Anar Nəcəfli bildirir ki, yolun ətrafında nəzərdə tutulan işlər görüldükdən sonra görünüşü hər kəsin gözünü oxşayacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh