Maşında planşetdən istifadəyə görə cərimə olundu - Amma narazıdır - VİDEO

Yazarlar 26 Aprel 2017 23:33 Oxunub 1948
Maşında planşetdən istifadəyə görə cərimə olundu - Amma narazıdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qanunda yalnız mobil telefondan istifadəyə görə qadağa nəzərdə tutulur

Bakı sakini maraqlı bir iddia ilə çıxış edib. Belə ki, o, avtomobilində planşetdən istifadə etdiyi üçün yol polisi tərəfindən cərimələndiyini deyir. İddia edir ki, "Yol hərəkəti haqqında” qanunda yalniz mobil telefondan istifadəyə görə cərimə nəzərdə tutulur. Yəni planşet mobil telefon sayılmadığı üçün onun cərimə edilməsi düzgün deyil. Buna görə də, Mərdan Məmmədov ona yazılan cərimədən narazıdır. "Yol hərəkəti haqqında” qanunda avtomobil idarə edərkən mobil telefondan istifadənin qadağan olduğu yazılsa da, onu planşet istifadə etdiyinə görə cərimələyiblər. Mərdan deyir ki, planşet mobil telefon sayılmır. Mərdanın sürücü həmkarları isə onunla razılaşmır. Bildirirlər ki, diqqəti yayındıran hər bir vasitə qadağandır.

Bəs əslində necədir?

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseyinov deyir ki, Mərdan düz deyir. "Yol hərəkəti haqqında” qanunda yalnız mobil telefondan istifadəyə görə qadağa nəzərdə tutulur. Bu, əslində qanundakı çatışmazlıqdır.Ekspert qanuna dəyişiklik edilməsini məsləhət görür. O bildirir ki, yalnız əlsiz rejimdə, qulaqcıq və səsgücləndiricilərlə danışıq aparılmasına icazə verilməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh