Traktorçu həkimliklə 500 min dollar qazandı - ŞOK

Maraqlı 27 Aprel 2017 02:41 Oxunub 1374
Traktorçu həkimliklə 500 min dollar qazandı - ŞOK
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Traktor sürücüsü saxta sertfikatla həkimlik edərək xeyli qazanc əldə edib

Özbəkistanda traktor sürücüsü saxta sertfikatla həkimlik edərək nə az, nə çox 500 min dollar gəlir əldə edib. Hadisə ölkənin Buxara vilayətində baş verib. Belə ki, Qəhrəman Pulatov adlı özbək guya Qazaxıstan Səhiyyə Nazirliyinin verdiyi Beynəlxalq Psixoloqlar, Həkimlər və Ənənəvi Tibb Dərnəyi sertifikatı əldə edib. Bir il əvvəl tibbi xidmətin təşkil edilməsi məqsədilə özəl şirkət açan Pulatov yaxın qohumlarını da bu işə cəlb edib. Fəaliyyət göstərdiyi 1 il ərzində saxta həkim 500 min dollar qazanıb.

Olay məlum olduqdan sonra cinayətkar hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Buxara Məhkəməsi Pulatovun 8 il müddətinə həbs və cərimə edilməsi barədə qərar çıxarıb.

 

Axar.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh