Bizim belə sürücülərimiz də var – 002, 515, 255 - VİDEO

Avtoreyd 27 Aprel 2017 09:03 Oxunub 7668
Bizim belə sürücülərimiz də var – 002, 515, 255 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar qayda pozaraq özlərini başqalarından ağıllı sayır, amma...

Bakıda qayda pozan daha bir neçə sürücü kameraya düşüb. Həmin görüntülər Avtosfer.az-a oxucular tərəfindən göndərilib. Özünü başqalarından üstün tutaraq qayda pozanların görüntülərindən aydın olur ki, hər üç video Bakıda çəkilib. Belı ki, Əhməd Rəcəbli küçəsində 90-UX-255 qeydiyyat nişanlı "Honda CRV" markalı avtomobilin sürücüsü yolayrıcında sol zolaqdan sağa dönərək digər sürücülərə qəza şəraiti yaradıb. Qanunda qeyd olunub ki, sağa və ya sola dönən sürücü dönməmişdən əvvəl müvafiq kənar vəziyyət seçməlidir.

10-DE-002 qeydiyyat nişanlı "Range Rover" markalı avtomobilin sürücüsü isə yolda tıxacın olduğunu görərək əks istiqamətli hərəkət zolağına çıxıb yüksək sürətlə hərəkət edib.

Nobel prospektində ("Nargilə" kafesinin qarşısında) zolaqda düzünə hərəkət təşkil olunmasına baxmayaraq 10-PS-515 qeydiyyat nişanlı “Pejo”nun sürücüsü eyni vaxtda bir neçə kobud qayda pozur. O,əvvəlcə 1.1 xəttini tapdalayır, sonra sağ zolaqdan birbaşa sola - Ramiz Quliyev küçəsinə dönərək qarşıdan gələn avtomobillərə bir başa təhlükə yardır.

Təbriz

 
FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh