Avtomobil 37 yaşlı kişini vurdu - Bakıda

Qəzalar 27 Aprel 2017 11:15 Oxunub 834
Avtomobil 37 yaşlı kişini vurdu - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır

Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb. Belə ki, "Toyota Land Cruiser" markalı avtomobil yolu keçən 1980-cı il təvəllüdlü Bayramov Ramil Eynulla oğlunu vurub. Nəticədə o, xəsarət alıb. Avtomobilin sürücüsü R.Bayramovu xəstəxanaya yerləşdirib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh