Sərnişin daşımalarına dair müsabiqənin keçirilməsi qaydasında dəyişiklik edilib

Yeniliklər 27 Aprel 2017 11:21 Oxunub 1210
Sərnişin daşımalarına dair müsabiqənin keçirilməsi qaydasında dəyişiklik edilib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. Dəyişikliyə əsasən, avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilədə daşıyıcının vəzifəsi artırılıb. Bundan sonra daşıyıcılar sərnişin daşımalarını yerinə yetirərkən, bilet və ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etmək, sərnişinlərin biletsiz, yaxud ödəniş aləti ilə ödəniş etmədən aparılmasına, baqajın biletsiz daşınmasına yol verməmək, hərəkət cədvəlində nəzərdə tutulmuş başlanğıc, son və aralıq məntəqələrində gəlmə və çıxma haqqında qeydlər aparacaqlar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh