“Lada” maneəyə çırpıldı: 1 yaralı - Bakıda

Qəzalar 27 Aprel 2017 11:23 Oxunub 1124
“Lada” maneəyə çırpıldı: 1 yaralı - Bakıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməliyyat saat 05:49-da başa çatıb

Qaradağ rayonunda ağır yol qəzası olub, bir nəfər yaralanıb. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Lada” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:49-da başa çatıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh