Əsas magistral yolda uzun tıxac yarandı

Qəzalar 27 Aprel 2017 11:43 Oxunub 726
Əsas magistral yolda uzun tıxac yarandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2 nəfər dünyasını dəyişdi

Lənkəranda yol qəzası baş verib. Avtosfer.az istipress-ə istinadən xəbər verir ki, Lənkəranın Velədi kəndi ərazisində “Mercedes” markalı avtomobil əvvəl ”Lada Priora”, daha sonra isə İran  vətəndaşına məxsus yük maşını ilə toqquşub. Güclü zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir. Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh