Azadlıq küçəsində 38 yaşlı velosipedçi öldü

Qəzalar 27 Aprel 2017 11:48 Oxunub 859
Azadlıq küçəsində 38 yaşlı velosipedçi öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, ağır kəllə-beyin travması ilə hadisə yerində keçinib

Astarada ölümlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın istipress-ə istinadən verdiyi məlumata görə, hadisə Azadlıq küçəsində qeydə alınıb. Belə ki, iki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri idarəetməni itirərək yolun kənarı ilə velosipedlə hərəkət edən Astara sakini, 1979-cu il təvəllüdlü Nahid Şaban oğlu İsmayılovu vurub. Ağır kəllə-beyin travması alan N.İsmayılov hadisə yerində keçinib. Faktla bağlı Astara rayon prokurorluğunda cinayət işi açılıb araşdırma gedir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh