Azərbaycanda köhnə avtomobili olanlara 1000 manat kompensasiya verilsin - TƏKLİF

Gündəm 27 Aprel 2017 23:52 Oxunub 2531
Azərbaycanda köhnə avtomobili olanlara 1000 manat kompensasiya verilsin - TƏKLİF
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Deputat: "Bu maşınların nə qabaq, nə arxa işıqları işləyir"

Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan köhnə avtomobillər istifadədən yığışdırılmalıdır. Avtosfer.az xəbər verir ki, bu təkliflə çıxış edən Milli Məclisin deputatı Elmira Axundova Trend-ə danışıb. Millət vəkili artıq Rusiyada bu prosesin başa çatdığını deyir. "Rusiyada texniki cəhətdən, hətta xarici görünüşdən köhnə olan avtomobillərin müqabilində insanlara müəyyən məbləğdə pul və ya çek verirdilər. Bilirəm ki, Azərbaycanda bu prosesi həyata keçirmək bir az çətindir. Lakin təhlükə yaradan köhnə avtomobillər texniki baxışdan keçməməlidir. Bu maşınların nə qabaq, nə arxa işıqları işləyir, təxminən 30 km/saat sürətlə hərəkət edirlər. Bu da xüsusən axşam saatlarında yolda ciddi təhlükə yaradır. Belə avtomobilləri istifadədən yığışdırmaq lazımdır. Onlar hər an həm özləri, həm də digərləri üçün təhlükə yaradır" deyə deputat çıxış edib.

Millət vəkili təklif edir ki, köhnə avtomobil sahiblərinə güzəştli şərtlərlə yeni avtomobillər verilsin: "Əlbəttə köhnə avtomobilləri insanların əlindən almaq olmaz, şəxsi mülkiyyətləridir. Təklifim ondan ibarətdr ki, köhnə avtomobil sahiblərinə kiçik də olsa, misal üçün 500-1000 manat məbləğində kompensasiya, eyni zamanda yerli zavoddan onlara güzəştli şərtlərlə yeni avtomobil verilsin. Misal üçün avtomobilin qiyməti yeddi min manatdırsa, onlara 5 min manata, həm də uzun müddətli kreditlə verilsin. Bu, ölkədə avtomobil istehsalına da müsbət təsir edər. Düşünürəm ki, insanlar da bununla razılaşar. Nəyə görə bu cür şərtlərlə təzə maşın almasınlar?".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh