İki avtomobil toqquşdu: 4 yaralı - İmişlidə

Qəzalar 27 Aprel 2017 12:52 Oxunub 911
İki avtomobil toqquşdu: 4 yaralı - İmişlidə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

İmişli rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.  Belə ki, "VAZ-2199" markalı avtomobillə "VAZ-2107" markalı avtomobil toqquşub. İlkin məlumata görə, İmişli sakini, 22 yaşlı Əliyar Telman oğlu Kərimov və ondan başqa daha 3 nəfər yaralanıb. Yaralılar İmişli Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Ağır yol qəzasında xəsarət alan üç nəfərin də şəxsiyyəti müəyyənləşdirilib. Avtosfer.az “Report"a istinadən xəbər verir ki, iki avtomobilin toqquşması ilə baş verən qəzada İmişli rayon sakinləri - 32 yaşlı Yusif Akif oğlu Əsgərov, 53 yaşlı Roza Hidayət qızı Şükürova və 45 yaşlı Diləfruz Əziz qızı Mehdiyeva yaralanıb. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstaxanadan bildirilib ki, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh