Bu sürücülər cərimələnəcək - İslamiada zamanı - VİDEO

Yol polisi 27 Aprel 2017 22:13 Oxunub 1871
Bu sürücülər cərimələnəcək - İslamiada zamanı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda xüsusi zolaqlardan istifadə ilə bağlı sərəncam verildi

Nazirlər Kabineti Bakıda xüsusi hərəkət zolaqlarından istifadə ilə bağlı sərəncam verib. Avtosfer.az xəbər verir ki, bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib. O qeyd edib ki, Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı hərəkət zolaqlarından mayın 5-dən 25-dək tətbiq olunacaq. K.Əliyev bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin sürücüləri bu zolaqlara daxil olsalar, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər. O, həmçinin qeyd edib ki, 5-25 may tarixlərində nəqliyyat vasitələrinin rayonlardan Bakı şəhərinə daxil olması ilə bağlı mövcud məhdudiyyətlərin tətbiqinə də nəzarət gücləndiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh