Yol polisi maşını qəza törətdi: 2 ölü, 3 yaralı - FOTO-VİDEO

Yol polisi 27 Aprel 2017 13:30 Oxunub 26247
Yol polisi maşını qəza törətdi: 2 ölü, 3 yaralı - FOTO-VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Salyan rayonunda YPX maşını qəza törədib, iki nəfər ölüb və 3 nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisndən keçən hissəsində baş verib. Belə ki, YPX maşını 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı avtomobillə toqquşub. İlkin məlumatlara görə, 2 nəfər ölüb 3 nəfər isə xəsarət alıb. Faktla bağlı araşdırmalara başlanılıb.

APA-nın xəbərinə görə,  DYP maşınını Məmmədyarov Natiq Mehdi oğlu idarə edib.

Bizimxeber.az-ın məlumatlna görə, Natiq Məmmədyarov Gəncə “MERO”nun rəisi, polkovnik Vüqar Məmmədyarovun əmisi oğludur. Vüqar Məmmədyarov uzun illər Şirvan “MERO”nun rəisi vəzifəsində calışıb. N.Məmmadyarovun daha bir əmisi oğlu uzun illər Salyan DYP-nin rəisi işləmiş, hazırda Neftçala rayon DYP-nin rəisi Azad Məmmədyarovdur.

YPX maşınında olan sürücü Məmmədyarov Natiq Mehdi oğlu və polis əməkdaşı Sadıqov Ülvi Səməd oğlunun vəziyyəti qənaətbəxşdir. Diğər avtomobildə olanlar isə komadadır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh