Bakıda sürücülər, sərnişinlər və piyadalar üçün xüsusi tələblər hazırlanıb

Qaydalar 27 Aprel 2017 14:12 Oxunub 1743
Bakıda sürücülər, sərnişinlər və piyadalar üçün xüsusi tələblər hazırlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"BNA indiyədək bir taksi və avtobus sürücülərinin intizamlı olmasına çalışır"

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda daşıyıcılar, avtobus, taksi sürücüləri, sərnişinlər, piyadalar üçün xüsusi tələblər işləyib hazırlayıb. Həmin tələblərin qanuni qüvvə alması üçün BNA müvafiq sənədləri aidiyyəti qurumlara göndərib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bunu “Bakıda nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud vəziyyət və gələcək planlar” mövzusunda təşkil edilmiş tədbirdə hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib. “BNA indiyədək bir taksi və avtobus sürücülərinin intizamlı olmasına çalışır. Əgər sürücü yol hərəkət qaydalarını, nəqliyyatdan düzgün istifadə qaydalarını bilirsə, ən yaxşı sürücüdür. Eyni zamanda, daşıyıcı və ya sahibkara da heç bir problem yaratmır. Bu baxımdan, sürücülər də öz işlərinin düzgün yerinə yetirilməsində maraqlı olmalıdırlar”, - deyə Ə.Hüseynov bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh