DYP-dən Salyandakı qəza ilə bağlı açıqlama – 1 ölü, 3 yaralı

Yol polisi 27 Aprel 2017 14:30 Oxunub 15266
DYP-dən Salyandakı qəza ilə bağlı açıqlama – 1 ölü, 3 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi əməkdaşı ilə "Mercedes"in sürücüsünün vəziyyəti ağırdır

DİN Baş Dövlət Yol Polisi İdarəsi Salyan rayonunda DYP avtomobilinin iştirakı ilə baş vermiş ağır yol qəzası ilə bağlı xəbərə münasibət bildirib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az bildirib ki, hadisə Ələt-Astara yolunun Salyan rayonunun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına məxsus 99 YP 921 dövlət nömrə nişanlı avtomobil 90-GR-539 dövlət qeydiyyat nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində "Mercedes"in ön oturacağında əyləşmiş sərnişin həlak olub. DYP maşınını idarə edən sürücü, "Mercedes"in sürücüsü və daha bir sərnişin isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı araşdırmalara davam edir.

Qeyd edək ki, "Report" saytı qəza zamanı 2 nəfərin öldüyü barədə məlumat yayıb.

DYP maşınını Məmmədyarov Natiq Mehdi oğlu idarə edib.

***

"Report"un məlumatıan görə, Yol Patrul Xidməti (YPX) maşını ilə "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

Yaralılar: 

Bakı şəhər sakinləri - 1950-ci il təvəllüdlü Allahverdi Ağalı oğlu Əhmədov;

1986-cı il təvəllüdlü Ülvi Səməd oğlu Sadıqov;

1982-ci il təvəllüdlü Elçin Kazım oğlu Dadaşov;

Salyan rayon sakinləri - 1988-ci il təvəllüdlü Elnur zakir oğlu Əliyev;

1988-ci il təvəllüdlü Natiq Nifti oğlu Məmmədyarovdur. 

Qeyd edək ki, E.Əliyev və N.Məmmədyarov YPX əməkdaşlarıdır.

Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, xəsarət alanlardan 3-ü Reanimasiya, 3-ü isə Travmotologiya şöbəsinə yerləşdirilib. 

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh