Azərbaycanda əhalinin hər 9 nəfərinə 2 avtomobil düşür

Avtoxəbər 27 Aprel 2017 14:43 Oxunub 1334
Azərbaycanda əhalinin hər 9 nəfərinə 2 avtomobil düşür
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ərşad Hüseynov: "Bakıda avtomobilləşmə səviyyəsi 25 faizdir"

Bu gün Azərbaycanda ümumi avtomobilləşmə səviyyəsi 15% təşkil edir. Təxminən hər 9 adama 2 avtomobil düşür. Bakıda isə bu göstərici 25%-dir. “Report” xəbər verir ki, bunu “Bakıda nəqliyyat sisteminin modernləşdirilməsi: mövcud vəziyyət və gələcək planlar” mövzusunda təşkil edilmiş tədbirdə hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib. “Elə avtomobillər var ki, onlar ümumi istifadəyə yararlı deyil. Biz Avropadakı səviyyəyə çatsaq, vəziyyət necə olar? Orada bu göstərici 60% təşkil edir. Bizim əsas problemimiz nəqliyyat çoxluğu deyil, nəqliyyatı idarə etməkdir. Əsas güc ictimai nəqliyyatın üzərinə düşməlidir. Sürücü, piyada, yol hərəkətini təşkil edənlər və s. şəxslərin bilik və davranışları lazımi səviyyəyə çatdırılmalıdır. Yol infrastrukturu, nişanlar, işıqforlar, yol üzərindəki xətlər, yolötürücüləri, körpülər və s. qaydasında olmalıdır. Nəqliyyat parkı, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə olmalıdır. Xüsusən də əlverişli nəzarət həyata keçirilməlidir”, - deyə ekspert əlavə edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh