"Google"-un pilotsuz taksiləri Arizonada fəaliyyətə başladı - FOTO

Texnologiya 27 Aprel 2017 20:00 Oxunub 1677
"Google"-un pilotsuz taksiləri Arizonada fəaliyyətə başladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətin qarajında 100 ədəd "Fiat Chrysler" mini furqonu var

"Alphabet" holdinqə məxsus "Waymo" şirkəti sərnişinlərini avtopilotlu maşınlarla sınaq rejimində daşımağa başlayıb. Avtosfer.az "ölkə.az"a istinadən xəbər verir ki, layihə Arizona ştatının Finiks şəhərində reallaşıb. Proqramda iştirak etmək könüllülərə təklif edilib. Xüsusi proqram vasitəsilə könüllülər kompüterlə idarə edilən "Waymo" avtomobili sifariş edərək gün ərzində onun xidmətindən pulsuz yararlana bilərlər. Layihədə neçə nəfərin iştirak etdiyi barədə məlumat verilmir. Könüllülər hələlik şəhərin bir neçə rayonu ərazisində hərəkət edirlər. "Waymo" mütəxəssisləri könüllülərin qeydləri əsasında avtomobili mükəmməlləşdirəcəklər. Pilotsuz avtomobildə hər ehtimala qarşı sürücü də var. Şirkətin qarajında 100 ədəd "Fiat Chrysler" mini furqonu var.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh