Dünyanın ən böyük dovşanı təyyarədə öldü

Maraqlı 27 Aprel 2017 20:30 Oxunub 1295
Dünyanın ən böyük dovşanı təyyarədə öldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Dovşanın ölüm səbəbi araşdırılmalıdır"

"United Airlines" şirkəti dünyanın ən böyük dovşanının ölümünə səbəb olub. Avtosfer.az xəbər verir ki, müəmmalı şəraitdə ölən Saymon adlı dovşanın uzunluğu 1 metr olub. Saymon sahibi ilə birlikdə Böyük Britaniyadan ABŞ-a uçanda ölüb. 10 aylıq dovşanı sahibəsi "United Airlines" avia şirkətinə məxsus təyyarənin yük bölməsində aparırmış. Uçuşdan əvvəl Saymon veterinarlar tərəfindən yoxlanılıb və tam sağlam olduğu bildirilir. Çikaqo hava limanına enişdən sonra Saymonun cəsədi tapılıb. Dovşanın sahibəsi Annet Edvards bildirib ki, bu vaxta qədər bir neçə dəfə də təyyarə ilə səyahət edib və Saymon özünü həmişə yaxşı hiss edib. Edvards bəyan edib ki, dovşanın ölüm səbəbi araşdırılmalıdır. Saymon valideynindən sonra dünyanın ən böyük dovşanı tituluna iddialı idi. Hazırda bu titulu Saymonun atası Dariy daşıyır. Onun uzunluğu 132 sm-dir. (ölkə.az)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh