Polis veteranları fəalliq göstərirlər

Yol polisi 27 Aprel 2017 15:02 Oxunub 1186
Polis veteranları fəalliq göstərirlər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar itkin düşmüş 7 şəxsin tapılmasında yaxından köməklik göstəriblər

Daxili işlər orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi, polis və vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, ictimai təhlükəsizliyin təmini, cinayətlərin profilaktikası məqsədi ilə polis veteranları vaxtilə çalışdıqları ərazi polis orqanları və nizami hissələrdə daha sıx təşkilatlanaraq fəallıq göstərirlər. Polis veteranları şəxsi heyətin xidməti və peşə hazırlığında gənc  əməkdaşlara əməli köməklik göstərilməsində bacarıqlarını əsirgəmirlər. 

Yeniyetmə və gənclər arasında antinarkotik təbliğatın güclənməsi, dini radikalizmə qarşı mübarizə, azyaşlılar arasında erkən nigah və intihar hallarının qarşısının alınması məqsədilə polis şöbələri rəhbərliyi və aidiyyatı xidmət əməkdaşları polis veteranları ilə birgə ayrı-ayrı təhsil müəssisələrində, kəndlərdə vətəndaşlarla görüşlər keçirərək hüquqi mövzularda maarifləndirmə işləri aparırlar.

Belə görüşlərin bir neçəsi bu yaxınlarda Tovuz RPŞ-nin veteranlar şurasının təşəbbüsü ilə gerçəkləşib. Şura üzvləri rayonun ayrı-ayrı təhsil müəssisələrində, Qaraxanlı kənd mərkəzində Xatınlı, Qədirli, Əyyublu, Qovlar şəhərində və digər kəndlərdə vətəndaşlarla görüşlər keçirərək əhali arasında maarifləndirmə işləri aparıblar. 

Yeri gəlmişkən, cari ilin ötən dövründə RPŞ-nin veteranlar şurasının üzvləri 8 mənzil oğurluğu, 1 dələduzluq, 10 yol-nəqliyyat hadisəsi, 2 narkotik vasitələrin qanunsuz dövriyyəsi, 2 seksual xarakterli hərəkət, 10 qəsdən sağlamlığa az ağır xəsarət yetirmə hadisələrini törətmiş şəxlərin müəyyən edilməsində, həmçinin axtarışda olan 5 nəfərin yerinin müəyyən edilməsində, 7 itkin düşmüş şəxsin tapılmasında yaxından köməklik göstəriblər.   

 

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı,

polis baş leytenantı 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh