Dövlət balansında olan bu maşınlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI

Avtobazar 29 Aprel 2017 01:04 Oxunub 20409
Dövlət balansında olan bu maşınlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ucuz qiymətə avtomobillərin hərracları yenidən təşkil olunub

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Avtosfer.az ƏMDK-nə istinadən xəbər veriri ki, bu dəfə 23 və 10 may  2017-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri, gəmilər və kənd təsərrüfatı texnikası haqda məlumatları diqqətinizə çatdırırıq. 

23 may 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

http://avtosfer.az/upload/news/04e7f5.jpg

Qeyd:

1-5-ci sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan  nəqliyyat vasitələri 2-ci dəfə  təkrar hərraca çıxarılır.

6-cı sətirdə  Azərbaycan Respublikası Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin balansında olan  nəqliyyat vasitəsi 2-ci dəfə  təkrar hərraca çıxarılır.

7-9-cu sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan  nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

10-cu sətirdə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.

10 may 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

http://avtosfer.az/upload/news/861b9b.jpg

Qeyd: 1-2-ci sətirdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.

3-cü sətirdə Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan   nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır

4-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan         nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.   

5-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan         nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. 

8-11-cü sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin balansında olan  nəqliyyat vasitələri 2-ci dəfə  təkrar hərraca çıxarılır.  

Avtosfer.az əlavə olaraq qeyd edir ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

vasif 5 Avqust 2019 16:58
men hara müraciyet eleyim ki bu xeraclarda iştirakçı olum menim tel nömrem kömek ederdiz bu barede 055-288-76-09
vasif 5 Avqust 2019 16:56
men hara müraciyet eleyim ki bu xeraclarda iştirakçı olum menim tel nömrem kömek ederdiz bu barede 055-288-76-09
vasif 5 Avqust 2019 16:54
men hara müraciyet eleyim ki bu xeraclarda iştirakçı olum menim tel nömrem kömek ederdiz bu barede 055-288-76-09
Nicat 1 Noyabr 2018 22:15
salam men fiat doblo ile maraqlaniram hansi nomre ile maraqlana bilerem 0559518836 bu menim nomremdi zehmet olmasa zeng edib deye bilersiniz
resad 6 Avqust 2018 02:41
samux
Memmed 12 Mart 2018 14:02
Salam bu heraclar birdaha olacaxmıBilen varsa zehmet değilse yazardiz