"Beşmərtəbə"də düzünə hərəkət qadağan edildi – Tıxac yarandı - VİDEO-FOTO

Avtoxəbər 27 Aprel 2017 15:31 Oxunub 6911
"Beşmərtəbə"də düzünə hərəkət qadağan edildi – Tıxac yarandı - VİDEO-FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dairəyə betonlar düzərək düzünə hərəkəti qadağan ediblər

Azərbaycan prospektindən (MUM istiqamətdindən) "Beşmərtəbə" istiqamətinə gedən avtomobillər bundan sonra düzünə "Nizami" metrosu istiqamətinə gedə bilməyəcək. Avtosfer.az xəbər verir ki, hazırda dairəyə betonlar düzərək hərəkəti düzünə istiqamətdə qadağan ediblər. Avtomobillər ancaq sağa - Şəmsi Bədəlbəyli küçəsinə dönərək gedib qarşıdan Səməd Vurğun küçəsində (Heydər Əliyev Sarayının yanında) yeni təşkil olunmuş geriyə dönmə yerindən geriyə dönüb "Nizami" metrosu istiqamətinə hərəkət edə bilərlər.

Hazırda Şəmsi Bədəlbəyli küçəsində tıxac yaranıb. Geriyə dönmə yerində svetoforun sola əlavə bölməsinin olmasına baxmayaraq, düzünə getmək istəyən avtomobillər svetoforun qırmızı işığında geriyə dönmə yerini zəbt edirlər və buna görə də tıxac yaranır.

"Azəravtoyol" ASC-dən Avtosfer.az-a bildiriblər ki, Akademik Milli Dram teatrının və Təzə Pir məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində "Beş mərtəbə" dairəsi ləğv olunuraraq park ərazisinə birləşdirilir. Artıq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb. Avtonəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh