Sürücü yol polisinin göndərdiyi protokolu bəyənmədi – DYP belə cavab verdi - FOTO

Xəbərlər 27 Aprel 2017 21:44 Oxunub 4973
Sürücü yol polisinin göndərdiyi protokolu bəyənmədi – DYP belə cavab verdi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Elektron protokolla bağlı şübhəsi varsa, qeydiyyatdan keçsin və şəklə baxsın"

Yol polisinin sürücünün ünvanına qayda pozuntusu ilə bağlı göndərdiyi protokol təəccüb yaradıb. Avtosfer.az-ın verdiyi məlumata görə, Teymur adlı şikayətçi criminal.az-a bildirib ki, aprelin 19-da yaşadığı ünvana inzibati qayda pozuntusu törətməyi barədə protokol gəlib. Şikayətçinin sözlərinə görə, protokola çox gülünc formalı "foto-fakt" əlavə olunub: ''Burada hansısa faktdan əsla söhbət gedə bilməz. Mənim qayda pozmadığım kimi bir iddiam yoxdur. Ola bilər ki, maşın sürərəkən diqqətim yayınıb və yol nişanını görməmişəm. Amma bunu sübuta yetirmək ilk növbədə məni qayda pozmaqda ittiham edən tərəfin məsuliyyətidir. Bu protokolda nə maşının görüntüsü var, nə maşının nömrəsi var, nə də ki, başqa bir sübut. Düşünürəm ki, belə bir protokol göndərilməsi vətəndaşa qarşı ən azından hörmətsizlikdir''. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələ ilə bağlı Avtosfer.az-a bildirib ki, həmin avtomobilin DYP-nin Mərkəzi İnformasiya Sistemində şəkli var, nömrəsi də açıq-aydın görünür - 90-OA-726, "Mercedes" C200: "İstənilən halda görüntülər kağız daşıyıcıya köçürüləndə keyfiyyət azalır. Vətəndaşın həmin elektron protokolla bağlı şübhəsi varsa, e-xidmet.mia.gov.az-da qeydiyyatdan keçsin və şəklə baxsın. Fotoların bir qədər solğun görünməsinin başqa bir səbəbi isə sürücünün həmin vaxt uzaq işıqları yandıraraq avtomobili idarə etməsidir".

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh