Yıldırım və Medvedev gəmini müzakirə etdilər

Gündəm 27 Aprel 2017 17:12 Oxunub 1000
Yıldırım və Medvedev gəmini müzakirə etdilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Türkiyə xilasediciləri 78 nəfəri xilas ediblər. Onların vəziyyəti qənaətbəxşdir

Türkiyənin Baş naziri Binəli Yıldırımla rusiyalı həmkarı Dmitri Medvedev arasında telefon danışığı olub. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, telefon danışığı zamanı Rusiyaya məxsus gəminin Qara dənizdə qəzaya uğraması müzakirə olunub. Həmçinin Baş nazirlər ərazidə xilasetmə əməliyyatını müzakirə ediblər. Qeyd edək ki, bu gün günorta saatlarında Rusiyanın Qara dəniz donanmasına məxsus "Liman" gəmisi Bosfor boğazından 40 km məsafədə Toqo bayrağı altında üzən gəmi ilə toqquşub. Toqquşma nəticəsində göyərtəsində dəlik yaranan Rusiya gəmisi batıb. Türkiyə xilasediciləri 78 nəfəri xilas ediblər. Onların vəziyyəti qənaətbəxşdir. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh