Rusiya hərbi gəmisi Türkiyədə batdı - İstanbulda inanılmaz olay

Qəzalar 27 Aprel 2017 17:27 Oxunub 902
Rusiya hərbi gəmisi Türkiyədə batdı - İstanbulda inanılmaz olay
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzaya əlverişsiz hava şəraiti səbəb olub

Bu gün Qaradənizin İstanbula yaxın hissəsində, Kilyos adlanan ərazinin sahilində Rusiyaya məxsus hərbi gəmi batıb. Lent.az sozcu.com.try-yə istinadən xəbər verir ki, döyüş gəmisi canlı heyvan daşıyan yük gəmisinə çırpılıb. Nəticədə hərbi gəmi suyun dərinliyinə enib. Hadisə yerinə gələn xilasedicilər və digər gəmilər 78 hərbçini ölümdən xilas edib. Lakin gəmini suyun üzərində saxlamaq mümkün olmayıb. Hadisədən dərhal sonra Türkiyənin baş naziri Binəli Yıldırım rus həmkarı Dmitri Medvedevə zəng edərək məyusluğunu ifadə edib.

İlkin məlumata görə, qəzaya əlverişsiz hava şəraiti səbəb olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh