Daha bir neçə yolda rəngləmə işləri aparılacaq - Bu axşam

Gündəm 27 Aprel 2017 17:31 Oxunub 945
Daha bir neçə yolda rəngləmə işləri aparılacaq - Bu axşam
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir

Bakıda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir. "Azəravtoyol” ASC-nin Mətbuat Katibliyindən Avtosfer.az-a verilən məlumata görə, "müvafiq işlər bu axşam saat 22:00-dan etibarən Nərimanov rayonu, Ağa Neymətulla küçəsində, Səbail rayonunun isə Azərbaycan prospekti və Şıxəli Qurbanov küçəsində aparılacaq. İşlərin səhər saatlarınadək yekunlaşdırılması nəzərdə tutulub. "Azəravtoyol” sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir", - deyə məlumatda qeyd edilib. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh